PYD kürdləri Türkiyə ordusu və ASO-ya qarşı döyüşməyə məcbur edir

2018/01/thumbs_b_c_c1c14baa02a7bd0936693559270863ad345_1517216941.jpg
Oxunub: 2321     17:07     29 Yanvar 2018    
PYD/PKK terror təşkilatı ərazidə yaşayan kürdləri məcburi olaraq Türkiyə və Azad Suriya Ordusuna (ASO) qarşı vurmaq üçün qoşunlarına cəlb edir.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ASO 3-cü korpusunun komandiri Əbu Əli Sikko bildirib.

Bursə dağının azad edilməsi haqda agentliyə müsahibə verən komandir, YPG-nin 16-17 yaşlı yeniyetmələri öz sıralarına məcburi şəkildə cəlb etdiyini bildirib.

“Burda PYD/PKK terrorçularından birini əsir olaraq ələ keçirdik. Bu təşkilat məcburi olaraq bizim kürd qardaşlarımızı Türkiyə ordusu və ASO-ya qarşı vuruşmağa məcbur edirlər”, - deyə o qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin