Ordu.az Ermənistan İstintaq Komitəsinin saytına istindən xəbər verir ki, hazırda erməni əsgəri Hovsep Qriqoryanın ölüm səbəblərinin aydınlaşdırması üçün 3-cu qarnizon istintaq şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, yanvarın 27-də saat 16:25-16:45 radələrində işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrdən birində, ön xətt döyüş mövqeyində baş alın hissəsindən, dəlib keçən güllə yarasından erməni əsgəri Hovsep Qriqoryan ölüb.
İlkin məlumata görə, erməni əsgəri Hovsep Qriqoryan digər xidmət yoldaşı tərəfindən silahla ehtiyatsız davranış qaydalarının pozulması nəticəsində ölüb. Sosial şəbəkədə yayılan məlumatlara görə isə, o, əsgər yoldaşı ilə arasında baş verən mübahisə nəticəsində güllələnib.
Nəticədə, ölümdə günahkar bilinən hərbi qulluqçu həbs edilib.
Alpər Mövludoğlu
Ordu.az