Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Koreya Milli Diplomatik Akademiyasının professoru Şin Biom-çul səsləndirib.
O əlavə edib ki, Cənubi Koreya Pxenyana belə bir provakasiyadan çəkinməklə bağlı mesaj çatdırmalıdır.
Qeyd edək ki, Qış Olimpiya oyunlarının başlanmasından bir gün öncə Şimali Koreya Pxenyanda böyük hərbi parad keçirməyə hazırlaşır. Cənubi Koreya rəsmiləri paradın Olimpiya oyunları ilə əlaqəsinin olmadığını və bunu şimalın öz quruluşunun 70 illiyinə görə planlaşdırdığını qeyd edərək, bu barədə KXDR-lə müzakirə etmək imkanlarının olmadığını bildiriblər.
Ağalar Ağalarlı
Ordu.az