Ordu.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının gizli materiallarına istinadən “Aoxis” portalı məlumat yayıb.
Sənəddə ABŞ rəhbərliyi Çinin şəbəkə infrastrukturunun yaradılması və idarəsində aparıcı rolu ələ keçirdiyi və bunun nəticəsi olaraq Vaşinqtonun Pekindən asılı hala düşmə təhlükəsinin mövcudluğu qeyd olunur.
Məhz bunun qarşısının alınması məqsədilə ABŞ-da 5G şəbəkəsinin yaradılması və bununla da Çinin təzyiqindən qurtulmaq planlaşdırılır.
Qeyd edək ki, layihənin yaxın 3 il ərzində həyata keçirilməsi nəzərdə tutulub.
Ağalar Qəribov
Ordu.az