Kabildə hərbi bazaya hücum - 8 ölü, 10 yaralı (YENİLƏNİB)

2018/01/345345435_1517203540_1517207884.jpg
Oxunub: 3440     14:32     29 Yanvar 2018    
Sonuncu silahlının ələ keçirilməsi ilə Kabil hərbi bazasına edilən hücum başa çatıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat katibi Dövlət Vəziri bildirib.

Onun məlumatına görə, 5 nəfərdən ibarət silahlı dəstənin üç üzvü məhv edilib, ikisi isə ələ keçirilib.

Hücum nəticəsində ən azı 5 əfqan əsgərinin həlak olduğu bildirilir.

İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

*****

(09:16)

Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən hərbi bazalardan birinə silahlı şəxslər tərəfindən hücum edilib.


Ordu.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat katibi Dövlət Vəziri bildirib.

Vəzirinin sözlərinə görə, hücum Marşal Fəhim adına Hərbi Akademiyanın yaxınlığında yerləşən bazanın girişində partlayışla başlayıb.

Məlumata görə, 5 silahlıdan üçü məhv edilib, biri isə ələ keçirilib. Digəri isə hələki bazanın içindədir.

İnsan tələfatı haqda dəqiq məlumat olmasa da, ilkin olaraq iki əsgərin həlak olduğu, 10 nəfərin isə yaralandığı ehtimal edilir.










Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kabil   Hərbi-baza  


Bizi "telegram"da izləyin