Qərb kəşfiyyatı: KXDR Rusiya vasitəsilə sanksiyaları pozur

2018/01/564_1516952925.jpg
Oxunub: 4350     15:46     26 Yanvar 2018    
Şimali Koreya BMT Təhlükəsizlik Şurasının sanksiyalarını böyük ehtimalla Rusiya vasitəsilə pozmaqla Cənubi Koreya və Yaponiyaya öz yerini göstərdi.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qərb kəşfiyyat mənbələri məlumat yayıb.

Məlumatda bildirilir ki, KXDR 2017-c ilin avqust ayından – BMT Təhlükəsizlik Şurasının Pxenyana əsas ixrac məhsullarını almağa qadağan etdikdən sonra ən azı üç dəfə Rusiyanın Naxodka və Xolmsk limanlarına kömür göndərib. Orada isə bu kömürü daşıdıqdan sonra onu başqa gəmilər vasitəsilə Cənubi Koreya və Yaponiyaya göndəriblər.

Bununla da Yaponiya və Cənubi Koreya KXDR-in maliyyələşdirilməsində şəxsən iştirak edir.

Agentlik Seul və Tokioya göndərilən kömürün Şimali Koreyadan gətirilən kömür olmasından əmindir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Rusiya   Sanksiya  


Bizi "telegram"da izləyin