Mettis: “Afrin əməliyyatı diqqətli İŞİD-lə mübarizədən yayındıra bilər”

2018/01/123123213123_1516600766_1516950966.png
Oxunub: 2304     15:16     26 Yanvar 2018    
“Türkiyə tərəfindən Suriyanın Afrin ərazisində keçirilən əməliyyat diqqəti İŞİD terror qruplaşması ilə mübarizədən yayındıra bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis Vyetnama səfər edərkən yolda jurnalistlərə verdiyi açıqlamasında bildirib.

“Biz Afrin əməliyyatının diqqəti İŞİD-lə mübarizədən yayındıracağından ehtiyat edirik. İŞİD hələ də məhv edilməyib. Biz bu məsələni Türkiyə ilə hərbi, xarici işlər nazirləri və prezidentlər səviyyəsində müzakirə edirik”, - deyə Mettis bildirib.

Onun sözlərinə görə, Vaşinqton öz mövqeyini Ankaraya açıq şəkildə bəyan edib və əməliyyatın zamanı, o cümlədən hüdudları məhdudlaşdırılmalıdır.

“Bütün bunlara baxmayaraq, biz hazırda diqqətimizi Fərat çayı boyunca davam edən sərt döyüşlərə yönəltməyə çalışırıq”, - deyə Pentaqon rəhbəri açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İŞİD   YPG   Terror  


Bizi "telegram"da izləyin