Pentaqon: YPG-nin silahla təchizatı davam edəcək

2018/01/_96074711_ea8d889e-c12e-4a22-832f-7cca2f3c7e795646_1516352898_1516945943.jpg
Oxunub: 1806     13:50     26 Yanvar 2018    
“Suriyada YPG-nin silahla təchizatı tərəfimizdən davam etdiriləcək”.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Daha öncə Rusiya rəsmi şəxslərinin xəbərdarlıq etdiyi kimi, bununla Vaşinqton yalnız Suriyada vəziyyətin eskalyasiyasına səbəb olacaq, bu isə öz növbəsində regionda stabillik üçün təhlükədir.

Həmçinin yanvarın ortalarında ABŞ Silahlı Qüvvələrinin polkovniki Tomas Veyl Pentaqonun YPG-nin əsasında “Sərhəd təhlükəsizliyi qüvvələri” yaradacağı ilə bağlı açıqlama verib.

Xatırladaq ki, Birləşmiş Ştatlar YPG-ni yetərincə aktiv şəkildə dəstəkləyir. Məsələn, ötən həftə regional KİV-lər ABŞ-ın YPG terrorçularını tank əleyhinə raket kompleksi ilə təchiz etməsi barədə məlumat yayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   YPG   Terror  


Bizi "telegram"da izləyin