Ordu.az “New York Times”a istinadən xəbər verir ki, iki prezident telefonla əlaqə saxlayıb.
ABŞ Suriyada 7 ilə yaxındır İŞİD-ə qarşı aparılan müharibəni Türkiyənin əməliyyatları ilə zəifləyəcəyindən ehtiyat edir.
Tramp Türkiyəni diqqətli davranmağa, Türkiyə və ABŞ qüvvələri arasında münaqişəyə səbəb ola biləcək tədbirlərdən qaçınmağa çağırıb. Bundan başqa Ağ Evin rəhbəri hər iki ölkənin qüvvələrini İŞİD-in həmişəlik məğlubiyyətinə kökləməli olduğunu qeyd edib.
Trampın belə sərt ritorikası Ağ Evdə baş tutan bir gün əvvəlki brifinqi ilə ziddiyyət təşkil edir. Çünki həmin brifinqdə Tramp ABŞ-ın Türkiyənin yanında olduğunu bildirib.
Qeyd edək ki, Ərdoğan öz növbəsində Birləşmiş Ştatların YPG terrorçularına dəstək verdiyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az