Ordu.az “RT” agentliyinə istinadən xəbər verir ki, yeni silahlar ölkədəki Rusiya bazasının döyüşlərində istifadə ediləcək.
Rusiya Müdafiə Nazirliyini yaydığı videoda 4 ədəd sistemin çatdırılması görünür. Bunlardan ikisi hava ilə Hmeymim aviabazasına, ikisi isə gəmi ilə Tartus bazasına aparılıb.
S-400 Rusiyanın mobil havadan müdafiə sistemlərinin ən sonuncu nəslidir. O, aerodinamik hədəfləri və ballistik raketləri zərəsizləşdirmək üçün dizayn edilib.
Sistemlərin istehsalçısı “Almaz Antey”in bildirdiyinə görə bir S-400 eyni zamanda 36 hədəfi nişan ala bilər.
Rusiya bu sistemləri Suriyada ilk dəfə 2015-ci ildə öz təyyarələrinin İŞİD-dən təhlükəsizliyini təmin etmək üçün Hmeymim bazasına yerləşdirib. Yerləşdirmə Rusiya Su-24-nün Türkiyə tərəfindən vurulmasından sonra baş verib.
Ağalar Ağalarlı
Ordu.az