Tramp: “Mən olmasaydım, Pxenyan və Seul arasında dialoq yaranmazdı”

2018/01/23-Tramp_1515072911.jpg
Oxunub: 2221     21:33     04 Yanvar 2018    
“KXDR və Cənubi Koreya arasında əlaqə xəttinin yaranması və danışıqların yenilənməsinin mümkünlüyü müsbət haldır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp şəxsi “Twitter” hesabında məlumat yerləşdirib.

“Doğrudanmı kimsə hesab edir ki, əgər mənim sərt və qətiyyəli mövqeyim, KXDR-ə qarşı bütün hərbi gücümüzü istifadəyə hazırlığımız olmasaydı, Şimali və Cənubi Koreya arasında dialoq mümkün olardı?”, - deyə Tramp qeyd edib.

Xatırladaq ki, yanvarın 3-ü səhər saatlarında KXDR danışıqları bərpa etməyə hazır olduğunu bildirib.



Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   KXDR   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin