Ekspertlər: Rusiya və NATO-nun konfrantasiyası 2018-ci ildə ən ciddi təhdidlərdən olacaq

2017/12/809_1513103470.jpg
Oxunub: 404     02:28     13 Dekabr 2017    
Rusiya və NATO üzvü olan ölkələrin konfrontasiyası 2018-ci ildə əsas təhdidlərdən biri olacaq və ABŞ bu münaqişəyə müdaxilə edə bilər.

Ordu.az xəbər verir ki, bu fikirlər Beynəlxalq İşlər üzrə Şura tərəfindən hazırlanan “2018-ci ildə münaqişələrin qarşısının alınmasında prioritetlər” adlı hesabatda səsləndirilib.

Qeyd edək ki, Beynəlxalq İşlər üzrə Şura 1921-ci ildən etibarən Amerikanın xarici siyasət məsələləri üzrə tövsiyələrin hazırlanması ilə məşğul olan, Nyu-Yorkda yerləşən qeyri-hökumət orqanıdır.

10 ildir ki, hər il yeni il ərəfəsində şirkət tərəfindən qarşıdakı il ərzində dünyada baş verəcək və ABŞ-ın qarşılaşa biləcəyi 8 əsas münaqişə müəyyənləşdirilir.

Bu il həmin münaqişələrdən biri Rusiya və NATO üzvləri arasıda Rusiyanın Şərqi Avropada həyata keçirdiyi siyasətlə bağlı yarana biləcək konfrontasiyadır.

Qeyd edək ki, Vaşinqton üçün təhlükəli olan digər münaqişələr qismində KXDR-lə münaqişə, İran və ABŞ-la onun müttəfiqləri arasında mövcud olan konfrontasiya, Amerika infrastrukturunun mühüm obyektlərinə kiber hücumlar, Çin və Cənub-Şərqi Asiya ölkələrinin iştirakı ilə Cənubi Çin dənizində münaqişə, ABŞ və ya ona müttəfiq olan ölkələrdə xeyli sayda insanın tələf olması ilə nəticələnən terror aktı, Suriya və ya Əfqanıstanda təcavüz qığılcımları hesab edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   NATO   ABŞ  


Bizi "telegram"da izləyin