Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə HƏMAS hərəkatının mətbuat katibi Abulativ Alkanu bəyan edib
“Biz ABŞ-a qərarını dəyişməsi üçün təsir etməyə görə, üçüncü İntifadanın başlandığını bəyan etdik. Qəzza bölgəsində İntifadanın başlamasından sonra etirazlar başlanıb. Bu, üçüncü İntifadadır”, - deyə Alkanu bildirib.
Qeyd edək ki, Birinci İntifada (fələstinlilərin İsrail işğalına qarşı müqaviməti) 1987-1991-ci illəri, İkinci İntifada isə 2000-2005-ci illəri əhatə edib.
Ordu.az