İran XİN: İran müdafiə və raket proqramı üzrə danışıqlara getməyəcək

2017/12/811_1513097719.jpg
Oxunub: 497     00:34     13 Dekabr 2017    
“Bizim raket proqramımız tamamilə müdafiə xarakterlidir. Hərbi imkanlarımız, raket gücümüz müzakirəyə açıq deyil”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səyəd Abbas Araqçi bildirib.

ABŞ prezidenti Donald Trampın nüvə sazişi ilə bağlı fikirlərinə sərt reaksiya verən Araqçi Trampın açıqlamalarının xoş niyyətli olmadığını bildirib.

Xatırladaq ki, bir müddət öncə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasəmi də İranın müdafiə proqramının və hərbi imkanlarının qırmızı xətti təşkil etdiyini və müzakirəyə açıq olmadığını vurğulamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Raket-proqramı  


Bizi "telegram"da izləyin