Misir müdafiə naziri Kiprə səfər edib

2017/12/776_1513094334.jpg
Oxunub: 777     23:59     12 Dekabr 2017    
Misir müdafiə naziri Sidqi Sübhü kiprli həmkarı Kristofer Fukadesin dəvəti ilə Kiprin paytaxtı Nikosiyaya səfər edib.

Ordu.az xarici KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Misir Silahlı Qüvvələrindən məlumat verilib.

Misir Ordusunun mətbuat katibi Təmər Əl-Rəfi bildirib ki, Sidqi Sübhü ikitərəfli hərbi əməkdaşlıq üzrə danışıqlar aparmaq məqsədilə yüksək rütbəli Kipr nümayəndələri və hərbi komandirləri ilə görüş keçirəcək.

Səfər son dövrlərdə yüksələn ikitərəfli hərbi əməkdaşlığı möhkəmləndirmək məqsədi daşıyır. 2016-cı ilin martında Kipr müdafiə naziri Misirə səfər edərək misirli həmkarı ilə hərbi əməkdaşlıq sazişi imzalayıb.

Bu ilin noyabrında Misir prezidenti Əbdül Fəttah Əl-Sisi Nikosiyaya səfər edərək, Kipr prezidenti Nikos Anastasiadis ilə görüşüb. Səfər zamanı prezidentlər təhlükəsizlik, rabitə, tibb və biznes sahəsi üzrə bir neçə memorondum imzalayıb.

Əl-Sisi bildirib ki, iki ölkə arasındakı hərbi əməkdaşlıq 2015-ci ildə imzalanan sazişdən etibarən güclənməkdədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Misir   Kipr  

Misir müdafiə naziri Kiprə səfər edib

2017/12/776_1513094334.jpg
Oxunub: 778     23:59     12 Dekabr 2017    