Çin Hərbi Hava Qüvvələri patrul məşqləri həyata keçirib

2017/12/IMG-20171212-WA0003_1513092731.jpg
Oxunub: 767     23:27     12 Dekabr 2017    
Çin hava qüvvələri Bəşi kanalı və Miyako boğazı üzərində planlaşdırılmış patrul məşqləri edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin hava qüvvələrinin mətbuat katibi məlumat verib.

Çin Xalq Azadlıq Ordusu (ÇXAO) hava qüvvələrinin mətbuat xidmətinin rəhbəri Şen Cinkenin məlumatına görə, təlimlərdə H-6K bombardmançıları, Su-30 və J-11 qırıcıları, kəşfiyyat və erkən xəbərdarlıq təyyarələri iştirak edib.

“Təlimlərin məqsədi hava qüvvələrinin uzaq məsafədən döyüş çevikliyinin və milli suverenlik və ərazi bütövlüyünü qorumağa hazırlıq səviyyəsinin yaxşılaşdırılmasıdır. ÇXAO hava qüvvələri bütün sahələrdə mübarizə imkanına malik müasir strateji silahlanmış qüvvələrə çevrilir”, - deyə Cinke əlavə edib.ş

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Hərbi-təlim  


Bizi "telegram"da izləyin