Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT Baş Katibi Antonio Quterreş məlumat verib.
O bildirib ki, iddia edilən dəlilləri yoxlamaq məqsədilə ötən ay Riyada gedən tədqiqat komandası hələki hadisənin İran İslam Respublikası ilə əlaqəsinə dair heç bir dəlil tapmayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı paytaxtı yaxınlığında partladılan raketlərin yəmənli qiyamçılara İran tərəfindən verildiyini iddia etsə də, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasəmi İran İslam Respublikasının hadisələrlə heç bir əlaqəsinin olmadığını və Yəməndə baş verənlərin həmin dövlətin daxili işi olduğunu bildirib.
Quterreş əlavə olaraq, BMT rəsmilərinin toplanmış məlumatları hələ analiz etdiklərini və BMT TŞ-yə yenilənmiş hesabat təqdim olunacağını bildirib.
Ağalar Ağalarlı
Ordu.az