Taliban yenidən hücum etdi: 3 ölü, 5 yaralı

2017/12/345345_1513072565.jpg
Oxunub: 372     18:01     12 Dekabr 2017    
Taliban qiyamçıları Qəzni vilayətinin şərqindəki hərbi nəzarət məntəqəsinə iki fərqli hücum həyata keçirib və 3 əfqan əsgərini öldürüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Qəzni vilayət rəhbərliyinin mətbuat katibi Arif Nuri bildirib.

Onun verdiyi məlumata görə, hücum zamanı ölənlərdən başqa 5 əsgər də yaralanıb.

Hücum olunan Əndər və Muğar qəsəbələri hal-hazırda Əfqanıstan Təhlükəsizlik Qüvvələrinin nəzarəti altındadır.

Taliban hücuma görə məsuliyyəti üzərinə götürərək bildirib ki, qiyamçılar nəzarət məntəqəsini, o cümlədən külli miqdarda silah və patron ələ keçirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin