"Rusiyanın Suriyada bazalarını saxlamaq qərarı barədə eşitməmişik" - Rob Menninq

2017/12/a2900301d5fc6b883883eb7d052b4040345345_1513071892.jpg
Oxunub: 436     17:43     12 Dekabr 2017    
“Pentaqon Rusiyanın Suriya ərazisində hərbi bazalarını saxlamaq qərarı barədə heç nə eşitməyib”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Rob Menninq jurnalistlərlə görüş zamanı bildirib.

Menninq jurnalistlərin Rusiyanın Suriyada hərbi bazalarını saxlaması ilə bağlı sualı cavablandırmaqdan itmina edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Suriyadan qoşunların çıxarılması barədə əmr versə də, Tartus və Hmeymimdə hərbi bazaların saxlanacağını bəyan edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Suriya-böhranı   Rusiya  


Bizi "telegram"da izləyin