Britaniya silah ixracatına görə “Yaxşı ölkə indeksi”ndə geriləyib

2017/12/image_650_36545645_1513071500.jpg
Oxunub: 482     17:33     12 Dekabr 2017    
Böyük Britaniya genişhəcmli silah ixracı və xarici ölkələrə qeyri-adekvat yardımlarına görə bəşəriyyətin ümumi xeyrinə qatqı verən ölkələrin listində ard-arda ikinci il geriləyib.

Ordu.az xəbər verir ki, “Yaxşı ölkə indeksi”nə əsasən Britaniya 163 ölkə arasında 4-cü sıradan 8-ci sıraya geriləyib. “Beynəlxalq sülh və təhlükəsizlik” sahəsində isə 48-ci pillədə qərarlaşıb.

İndeks ənənəvi iqtisadi və sosial faktorlar üzərində hazırlanan reytinqlərdən fərqli olaraq ölkələrin qlobal sülh və təhlükəsizliyə, mədəniyyət, sağlamlıq, rifah, bərabərlik və ətraf mühitə dəstəyi kimi BMT, Dünya Bankı və digər beynəlxalq təşkilatlardan əldə edilən 35 kriteriyanı hesablayır.

2016-cı ildə Britaniya rifah və bərabərliyə verdiyi dəstəyə görə beşinci pillədəydisə, bu rəqəm indi 35-dir. Ölkə xaricində edilən ticarətin həcmi, İnkişaf Etməkdə Olan Ölkələrə (İEOÖ) edilən investisiyalar və xarici ölkələrə göndərilən yardım işçilər və könüllülərin sayı analiz edilən faktorlardır.

İndeksi yaradan beynəlxalq siyasi müşavir Simon Enholt bildirib ki, Birləşmiş Krallığın “Sülh və Təhlükəsizlik” reytinqində belə geriləməsinin səbəbi Səudiyyə Ərəbistanı və digər istiqamətlərə edilən böyük həcmli silah ixracıdır.

Britaniyanın silah ixracatı üzərində cəmiyyətdə müzakirələrin davam etməsinə baxmayaraq, bu müzakirələr reytinqə təsir göstərmir. Neçə nəfərin bu ixracı tənqid etdiyinin və ya bu müzakirələrin hansı dərəcədə qızğın getdiyinin fərqi yoxdur. Satışlar yüksək səviyyədə qalmaqda davam edir və bu da geriləməni təmin edir. Bir yaxşı ölkə bəşəriyyətin xeyri üçün dəstək verən ölkədir. Əlbəttə ki o, öz xalqının maraqlarına da xidmət etməlidir, amma bu heç vaxt digər xalqların və ya bizim ortaq resurslarımızın hesabına olmamalıdır. Bu bəşəriyyətin mövcudluğu üçün yeni qanundur”, - deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Silah-ixracatı  


Bizi "telegram"da izləyin