Ordu.az saytı “globaltimes” saytına istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Çin Müdafiə Nazirliyinin rəsmi Nümayəndəsi Çenq Şuli çıxış edib.
O bildirib ki, ÇXR hind Pilotsuz Uçan Aparatınının (PUA) Çin hava fəzasına daxil olmasını şiddətlə qınayır.
Məlumata görə Hindistan PUA-sı Çin hava məkanına daxil olaraq qəzaya uğrayıb. Hal-hazırda Çinin sərhəd qoşunları PUA-nın axtarışını həyata keçirir.
“Biz Hindistanın Çinin suverenliyinə qarşı çıxması ilə razılaşa bilmərik. Çinin milli suverenliyi və təhlükəsizliyini qətiyyətlə müdafiə edəcəyik. PUA-nın necə qəzaya uğradığını bilməsək də, onun Çin ərazisində olduğuna şübhə yoxdur. Hindistan məsələ ilə bağlı dərhal bir izahat verməlidir”, - deyə Şuli bildirib.
Ağalar Ağalarlı
Ordu.az