“Pələng qüvvələri” Əbu-Kamala daxil oldu

2017/12/orig-151255821020aacca536f1f7d4f6801238cfdc8efc56456_1512563316.jpeg
Oxunub: 452     20:25     06 Dekabr 2017    
“Pələng qüvvələri” Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə İŞİD təzyiqini üstələyərək Əbu-Kamala daxil olub.

Ordu.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bildirilir ki, general Suheylin komandanlığı altında elit “Pələng qüvvələri” qüvvələri Əbu-Kamal şəhərinə daxil olaraq, burada Suriya Quru Qoşunlarının bölmələri ilə birləşiblər.

Daha öncə qeyd edilirdi ki, “Pələng qüvvələri” Fərat ətrafında əhəmiyyətli nəticələri nail olublar və bu əməliyyatların nəticəsi olaraq əl-Cala şəhəri və bir neçə kiçik yaşayış məntəqəsi İŞİD terrorçularından azad edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əbu-Kamal   SQQ   Pələng-qüvvələri  


Bizi "telegram"da izləyin