Kəşmirdə qanlı toqquşma: 2 ölü, 2 yaralı

2017/11/234234234ca_1511431025.jpeg
Oxunub: 518     17:57     23 Noyabr 2017    
Hindistanın Cammu və Kəşmir ştatının Kupvara mahalının Keran zonasında nəzarət xətti boyunca baş verən silahlı qarşıdurmada bir əsgər və bir silahlı öldürülüb, daha iki əsgər isə yaralanıb.

Ordu.az satp.org saytına istinadən xəbər verir ki, Kupvara mahalının Zirhama bölgəsində aparılan axtarış əməliyyatları nəticəsində Hindistan Təhlükəsizlik Qüvvələri heç bir silahlını ələ keçirə bilməyib.

“Deyli Ekselsior” agentliyinin məlumatına görə, silahlı qrupun olması ilə bağlı məlumatların əldə edilməsindən sonra, Kupvara mahalının Handvara bölgəsindəki Racvar meşələrində Təhlükəsizlik Qüvvələri tərəfindən noyabrın 20-də əməliyyatlar başladılıb və iki gün davam edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin