Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, SQQ və Rusiya Aerokosmik Qüvvələri Fərat sahili yaxınlığında yerləşən rayonlarda terrorçuları aşkarlayaraq məhv edir və çayın qərb sahili boyunca hücumu inkişaf etdirirlər.
Fəratın qərb sahilinin terrorçulardan təmamilə azad olunacağı təqdirdə, Suriyanın qərbində İŞİD-in təmamilə məhv ediləcəyi bildirilir.
Xatırladaq ki, gün ərzində SQQ əl-Kraya yaşayış məntəqəsini terrorçulardan tamamilə azad edib.
Ağalar Qəribov
Ordu.az