Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Sakit Okean donanmasının rəsmi nümayəndəsi Nikolay Voskreski bildirib.
Şərti düşmənin hava sərhəddini pozması barədə siqnaldan sonra bir neçə MİQ-31 qırıcısı havaya qaldırılıb. Onlar hədəfi tapıb, müəyyənləşdirib, daha sonra isə elektron zərbə endiriblər.
Həmçinin uçuşlar zamanı pilotlar döyüş çərçivəsində manevr etmə bacarıqlarının məşqini də həyata keçiriblər.
Qeyd edək ki, MİQ 31 qırıcısı “hava-hava” tipli uzaq, orta və yaxın mənzilli daşımağa qadirdir.
Ordu.az