Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Papa Fransis gələn həftə planlaşdırılan səfər çərçivəsində Myanma ordusunun rəhbəri və Banqladeşdə məskunlaşmış Rohinya qaçqınları ilə görüşəcək.
İnsan haqları müdafiəçiləri və BMT rəsmiləri vətəndaşlığı olmayan rohinyalılara qarşı törədilən hərbi vəhşiliklərə və kütləvi zorakılığa görə Myanmanı ittiham edir.
Əksəriyyəti müsəlman olan 600.000 Rohinya qaçqını Myanmanın şimalındakı Rakhin əyalətindən Banqladeşə qaçıb.
Myanma hökuməti isə bu iddiaları rədd edir. Myanma ordusu keçən həftə açıqlama verərək aparılan araşdırmalar zamanı heç bir zorakılıq faktının qeydə alınmadığını bildirib.
Papa noyabrın 28-də ölkənin rəhbəri Dau Aunq San Suu Kyi ilə paytaxt Naypyitaunda ayrı-ayrılıqda görüşəcək.
Myanmalı kardinal Bo Papaya Myanmada olarkən “Rohinya” ifadəsindən istifadə etməməyi məsləhət görüb. “Bu ifadə yaralayıcı ola bilər, çünki onları etnik qrup kimi qəbul edilmirlər.”
Vatikanın sözcüsü Burke isə Papanın bu məsləhəti diqqətə aldığını bildirərək əlavə edib ki, onlar buna səfər zamanı qərar verəcəklər. “Nəticə etibarilə bu, qadağa edilmiş söz deyil”, - deyə Burke bildirib.
Ağalar Ağalarlı
Ordu.az