Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
“Mən BMT tribunalının hökmünü dəstəkləyirəm. O göstərir ki, hüququn aliliyi fəaliyyət göstərir və hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslər cəzaya məruz qalırlar”, - deyə Stoltenberq bildirib.
NATO-nun baş katibi həmçinin qeyd edib ki, onun fikrincə, bu qərar Balkan yarımadasının qərbində yerləşən ölkələrə “sülh və əminamanlıq yolunda inkişaf etməyə” yardımçı olacaq.
Stoltenberq qeyd edib ki, yaxın gələcəkdə region “Avroatlantik əməkdaşlıqda” aktiv şəkildə iştirak edəcək.
Xatırladaq ki, keçmiş general Ratko Mladiç həyatının qalan hissəsini həbsdə keçirəcək. Bu qərarı keçmiş Yuqaslaviya üzrə Beynəlxalq tribunal verib.
Ordu.az