Ordu.az TASS agentliyinə istinadən xəbər verir ki, liderlər Suriyada terrorçulara qarşı irimiqyaslı döyüş əməliyyatlarının üç ölkənin səyləri nəticəsində başa çatdığını bəyan ediblər.
Rusiya prezidenti Vladimir Putin Suriya ilə bağlı əməkdaşlığının prioritet tərəflərini müəyyən edən birgə bəyanatın qəbul ediildiyini bildirib:
"Sənəddə Rusiya, Türkiyə və İran arasında Suriyada gələcək əməkdaşlığın prioritet sahələri müəyyən edilib, qarşıya konkret vəzifələr qoyulub. Dövlət başçıları terrorizmə qarşı birgə mübarizədə əhəmiyyətli uğurların əldə olunmasını qeyd edib, İŞİD, "Cəbhət ən-Nüsrə" və digər terror qruplaşmalarının birdəfəlik məhv edilməsi üçün səyləri artırmağa hazır olduqlarını təsdiqləyiblər".
Putin bildirib ki, üç ölkə lideri həmçinin Soçidə Suriya Milli Dialoq Konqresinin keçirilməsinə dair razılığa gəliblər.
Ordu.az