Özünüz mühakimə edin - əgər müdafiə sahəsindən danışsaq, biz İsraillə pilotsuz uçuş aparatları və zirehli texnika, radioelektron kəşfiyyat vasitələri, tank əleyhinə raketlər, hava hücumundan müdafiə vasitələri və bir çox digər istiqamətlər üzrə əməkdaşlıq edirik. Və bu sadəcə silahla təchiz etmə deyil – bu, döyüşdə özünü doğruldan ölümcül təhlükəli müasir silahları əldə etmək deməkdir.
Bunun bariz nümunəsi Azərbaycan torpaqlarının bir hissəsini azad etməyin mümkün olduğu 2016-cı ilin aprel döyüşlərində ordumuzun erməni işğlçıları üzərində parlaq qələbəsi oldu. Azərbaycan əsgərinin cəsarəti və mərdliyi ilə geri alınan torpaqlar, ordumuzun texniki üstünlüyünün göstəricisi idi. Hətta ermənilər döyüşlərdə 14 tankın (zənnimizcə, həqiqi rəqəm dəfələrlə böyükdür), 4 BMP-nin, bir neçə top və “OSA” zenit qurğularının itirilməsini etiraf etmək məcburiyyətində qaldılar. Onların demək olar ki hamısı effektiv, dəqiq və dağıdıcı gücə malik İsrail istehsalı olan “SPİKE LR” tank əleyhinə raketləri ilə məhv edilib. Ermənilər Azərbaycan silahlanmasında olan bu möcüzəvi silaha layiqli cavab verə bilmədilər. Bu tank əleyhinə raketlərin uğurla istifadəsi, Azərbaycan əsgərlərinin onu yaxşı mənimsədiyini göstərdi.
Təsadüfi deyil ki, məhz aprel döyüşlərindən sonra dünyada silah satan ölkələrin aşkar narazılığına baxmayaraq, İsraillə əməkdaşlığımız daha sıx xarakter aldı, silah təchizatı davam etdi və hətta alışların həcmi artırıldı. Bu, təəccüblü deyil – “SPİKE” raketləri tank əleyhinə silahlar sırasında ən müasir və qabaqcıl nümunələrdən biri olmaqla, yalnız Azərbaycan və İsrailin deyil, həmçinin Almaniya, İtaliya, Finlandiya, Latviya, Litva, Çili, Kolumbiya, Polşa, Peru, Portuqaliya, Rumınya, Sloveniya, İspaniya və s. kimi ölkələrin silahlanmasında yer alır. Yəni bu ölkəni dünyanın bir çox ölkələrinin hərbçi mütəxəssisləri seçib və nə yaxşı ki, o, Azərbaycan ordusunun silahlanmasında da yer alır.
Qeyd edək ki, bununla belə Azərbaycanın İsraillə hərbi əməkdaşlığının miqyası çox böyükdür və məsələn, pilotsuz uçuş aparatları kimi müasir elmi biliklər əsasında istehsal edilən texnologiyaları əhatə edir. Azərbaycan yalnız İsrail yalnız “Orbiter 2M”, “Aerostar”, “Hermes 450” və “Heron-1” PUA-larını, eləcə də “IAI Harop” dron-kamikadzelərini almayıb, həm də İsrail texnologiyalarının istifadəsi ilə paralel olaraq, heç də israilli “sələflərindən” geri qalmayan şəxsi PUA-ların istehsalı məsələsini uğurla qaydaya salıb.
Belə ki, dron-kamikadzenin köməkliyi ilə cəbhə istiqamətinə yönələn erməni könüllüləri ilə dolu avtobus, komandanlıq məntəqəsi, SAU “Akasiya” batareya, erməni qüvvələrinin arxa cəbhədə yerləşən şəxsi heyətlərindən biri və quru qoşunlarının zərbə qrupu məhv edilib. Buna baxmayaraq, erməni radioelektron mübarizə və hava hücumundan müdafiə vasitələri bu zərbələrin qarşısını heç bir yolla ala bilmədilər.
Xüsusən, İsrailin artıq Azərbaycana təhvil verdiyi və ya təhvil verəcəyi hava hücumundan müdafiə vasitələrindən bəhs etmək istəyirəm. Məsələ burasındadır ki, erməni ordusunda Rusiyanın “İskəndər” raket sisteminin peyda olmasından sonra onlarda məğlubedilməzlik hissindən eyforiya formalaşdı. Təbii ki, bu, təmamilə heç bir əsasa malik olmayan boş iddiaya çevrildi. Belə ki, Belarusdan əldə ediləcək “Polonez” raket sistemi, o cümlədən artıq Azərbaycan ordusunun silahlanmasında olan S-300 “Favorit” sistemləri düşmənin əsassız fikirlərinə son qoymaq üçün yetərlidir.
Azərbaycan səmasında yaradılan müdafiə qalxanı da israilli müttəfiqlərdən əldə edilən silahlar sayəsində daha da möhkəmləndirilib. Bu qalxanı, əsəsən “Green Pine” radar kompleksi ilə birlikdə “Barak-8” zenit raket kompleksləri təşkil edir. Milli Məclisin deputatı, Avropa Azərbaycan cəmiyyətinin üzvü Yevda Abramov həmçinin İsraildən “Dəmir Qübbə” hava hücumundan müdafiə vasitəsinin alınacağını bəyan edib. Bütün qeyd edilənlər Azərbaycanın hava aqressiyasından etibarlı müdafiəsini təmin edir. Öz iş müddəti ərzində “Dəmir Qübbə” sistemi 85 faizlik effektivlik nümayiş etdirib. Hazırda, sistemin effektivliyi yaşayış məntəqələrinə düşə biləcək raketlərdən neçəsinin vurulması əsasında müəyyənləşdirilir. Boş ərazilərə yönələn raketləri sistem önəmsəmir. Beləliklə, dünyada ən yaxşı raket əleyhinə müdafiə sistemlərindən birinə malik olan İsrail Azərbaycanın hava hücumundan müdafiəsinin möhkəmlənməsinə kömək edir.
Təbii ki, Azərbaycan ordusunun İsrail silahlı ilə bu keyfiyyət və kəmiyyətdə gücləndirilməsinə İrəvan laqeyd qala bilməzdi. Son illər Ermənistanda müşahidə etdiyimiz anti-İsrail isteriyası da məhz bununla bağlıdır. Ermənilər Azərbaycanın İsrailə əməkdaşlığının ölkəmizin ordusunu müasir silah sistemləri ilə zənginləşdirdiyini görürlər və bu, onlara rahatlıq vermir.
İsrail və Azərbaycan hərbi sənaye sahəsində illərlə davam edən əməkdaşlıq çərçivəsində 5 milyard dollarlıq müqavilələr imzalayıblar. Bu vəsaitlərin böyük hissəsi artıq ödənilib. Bununla yanaşı, hər iki ölkə əməkdaşlıq səviyyəsindən razıdır.
Qeyd etmək lazımdır ki, biz İsrail silahı ilə Avropanın ikili stadartlarına bulaşmış, işğalçı dövlətlə işğala məruz qalmış ölkə arasında fərq görməyən dövlətlərin satmaqdan imtina etdiyi silahları alaraq müdafiəmizin zəif mövqelərinə güc qatırıq. Şübhəsiz ki, bu əməkdaşlıq uğurlu şəkildə davam edəcək və bu proses, Azərbaycan-İsrail münasibətlərini pozmağa çalışan bütün möveqlərə əyani cavab olacaq.
Tural Turabov
Tərcümə etdi: Ağalar Qəribov