“Rusiyanın gücü olmadan dünyada stabillik mümkün olmayacaq” - Andrey Danko

2017/11/1267461435345_1510753609.jpg
Oxunub: 526     21:44     15 Noyabr 2017    
“Rusiya dünya təhlükəsizliyinin tərkib hissəsidir və onun iştirakı olmadan dünyada stabillik mümkün olmayacaq”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Slovakiya Milli Şurasının rəhbəri Andrey Danko Hökumət Dumasında iştirak edərkən bildirib.

“Biz təmamilə başa düşürük ki, bu gün Rusiyanın gücü olmadan dünyada sülh mümkün deyil. Bu, kiminsə xoşuna gəlsə də, gəlməsə də, Rusiya dünya təhlükəsizliyinin tərkib hisəssidir”, - deyə Danko qeyd edib.
Onun sözlərinə görə, dünyada stabilliyi güc dövlətlərinin iştirakı olmadan qurmaq mümkünsüzdür.

Danko bildirib ki, rəsmi Bratislava gərgin beynəlxalq situasiyaya baxmayaraq, Moskvanı çox əhəmiyyətli müttəfiq kimi dəstəkləyir.

“Ünsiyyətsiz heç vaxt inkişafa nail olmaq olmaz. Biz Rusiya ilə dialoq aparmaq istəyirik. Əminəm ki, birlikdə bütün problemləri həll edə bilərik”, - deyə Danko çıxışına yekun vurub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Slovakiya  


Bizi "telegram"da izləyin