Azərbaycan Silahlı Qüvvələri komanda-qərargah hərb oyunları keçirəcək

2017/11/726a2eb9657691a18c31b5fd72e6ae26_1510747235_1510747429.jpg
Oxunub: 497     20:02     15 Noyabr 2017    
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 16-da qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən xəbərə görə, Hərb oyununun keçirilməsi qoşun növlərinin və qismlərinin strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanlarının və xüsusi təyinatlı qüvvələrin cəlb edilməsini, eləcə də müxtəlif mərhələlərdə qüvvə və vasitələrin istifadəsini nəzərdə tutur.

KQHO-nın əsas məqsədi müasir ümumqoşun əməliyyatlarının keçirilməsi üzrə çətin tapşırıqların həllində, o cümlədən dağlıq relyef və mürəkkəb radioelektron, həmçinin hərb oyunlarının niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində idarəetmə orqanlarının və qoşunların qarşılıqlı fəaliyyət səviyyəsinin təkmilləşdirilməsindən ibarətdir.

KQHO-nın mərhələlərinin birində qarşılıqlı fəaliyyətdə olan qoşunların havada, dənizdə, quruda manevr və atəş imkanları müəyyən edilməklə praktiki fəaliyyəti də yoxlanılacaq.

Komanda-qərargah hərb oyunları noyabrın 20-dək davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KQHO   Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin