Britaniyalı general: "Böyük Britaniya Rusiya qarşısında duracaq gücdə deyil"

2017/11/orig-151072104314248708876e330461345_1510736693.jpg
Oxunub: 453     17:05     15 Noyabr 2017    
"Ölkənin silahlı qüvvələri Rusiya, İŞİD və Şimali Koreya kimi təhdidlərə qarşı duracaq gücdə deyil".

Ordu.az SKY Nyus-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın ehtiyyatda olan generalı Riçard Berrons bildirib.

O, bunun səbəbini Böyük Britaniyanın hərbi xərclərinin yetərincə azaldılması ilə bağlı olduğlunu qeyd edib. General, hərbi büdcəyə ayrılan vəsaitlərin ixtisarının ordunu daha pis vəziyyətə saqlacağını deyib.

“Ölkəmizin qarşısında bir sıra müxtəlif ekzistensial təhdidlər dayanır. Məsələn, İŞİD, Rusiya ilə konfrantasiyalar, Şimali Koreya. Biz isə, belə məsələləri həll edəcək gücə qadir deyilik”.

Qeyd edək ki, Riçard Berrons ötən il Böyük Britaniyanın Silahlı Qüvvələr Birliyinin (quru, hava və dəniz) komandanı vəzifəsini icra edib.

Ulucay Akif
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Rusiya   Britaniya  


Bizi "telegram"da izləyin