KİV-lər: Zimbabve prezidenti hazırda ev həbsindədir - YENİLƏNİB

2017/11/unnamed5464_1510730101.jpg
Oxunub: 387     16:11     15 Noyabr 2017    
Zimbabve prezidenti Pobert Muqabe və onun ailəsi ev həbsindədirlər.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “News 24” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ölkənin 93 yaşlı lideri istefa verməyə hazırlaşır.

******
BMT Zimbabvedə baş verən hadisələri diqqətlə izləyir.

Ordu.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, hazırda Zimbabvedə hərbiçilər dövlət televiziya və radio korparasiyasının binasını ələ keçirib.

Məlumatlara görə, hərbiçilər paytaxt Xarar şəhərinin mərkəzini ələ keçirib. Hazırda, 93 yaşlı prezident Robert Muqabenin iqamətgahından atəş səsləri eşidildiyi bildirilir.

Verilən son məlumatlara görə isə, hərbiçilər maliyyə naziri İqnasisua Çumbonu da ələ keçiriblər.

Ulucay Akif
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-çevriliş   Zimbabve  


Bizi "telegram"da izləyin