Ermənistandan "Referendum" təxribatı - Düşmən ərazilərini genişləndirəcək?

2017/11/8014564565465_1510063016.jpg
Oxunub: 453     21:56     07 Noyabr 2017    
Ermənistan parlamentində referendumla bağlı yeni, təxribatçı qanun layihəsi müzakirə ediləcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hökuməti parlamentə "Referendum haqqında" yeni qanun layihəsi təqdim edib.

Hazırda, Ermənistanda qüvvədə olan "Referendum haqqında" qanun layihəsi 2001-ci ildə qəbul edilib. Lakin, yeni qanun layihəsi, qüvvədə olan qanun layihəsindən əhəmiyyətli dərəcədə fərqlənir.

Məlumata görə, təqdim edilən qanun tamamilə yeni və özündə ciddi, təhlükəli məqsədlər daşıyır.

Yeni "Referendum haqqında" qanun layihəsində, Ermənistanın ərazi dəyişikliyi ilə əlaqədar məsələni, yalnız referendum yolu ilə həll edə biləcəyi göstərilir. Ehtimal edilir ki, təxribatçı qanun layihəsinin müəllifləri bu dəyişikliklə Ermənistan ərazisinin genişləndirilməsini nəzərdə tuturlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Referendum   Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin