Zakir Həsənov NATO toplantısında iştirak edəcək

2017/11/spt-410898380456456_1510059864.jpg
Oxunub: 398     20:32     07 Noyabr 2017    
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində noyabrın 9-da keçiriləcək görüşündə iştirak etmək üçün Belçikaya gedəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, toplantıda müdafiə nazirinin Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfə və Əfqanıstan ilə müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıq mövzusunda çıxışı nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zakir-Həsənov   NATO   MN  


Bizi "telegram"da izləyin