NATO gəmiləri Batumidə gürcü sərhədçiləri ilə birgə təlimlər keçirib

2017/11/288301345345_1510059176.jpg
Oxunub: 487     20:49     07 Noyabr 2017    
NATO-nun sülhməramlı gəmiləri Batumiyə 3 günlük səfər çərçivəsində noyabrın 6-da Gürcüstanın dəniz sərhəçiləri ilə birgə təlimlər keçirib. Ordu.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

Bu gün Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb ki, birgünlük təlimlər çərçivəsində sərhəd polisi şöbəsinin əməkdaşları abordaj (avarlı və yelkənli gəmilərdə tətbiq edilən dəniz döyüşü taktikası) əməliyyatının icrasına dair təlimat alaraq, birgə dəniz manevrləri ilə “qanunpozucu gəmi”nin saxlanılmasına dair əməliyyatlar həyata keçirib.

Təlimlərdə 2 gürcü və 6 ədəd NATO gəmisi iştirak edib.

Batumidə noyabrın 3-də NATO-nun birləşmiş dəniz qüvvələri komandanının müavini, vitse-admiral Ervi Blenjonla keçirilən görüşdə Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili, Gürcüstanın NATO-nun dəniz fəaliyyətinə daha çox qatqı verməyə hazır olduğunub bildirib. Mqebrişvili əlavə edib ki, ölkənin limanları müttəfiqlər üçün daima açıq və təhlükəsizdir.

Birgə təlimlər bitdikdən sonra, NATO gəmiləri Gürcüstan akvatoriyasını tərk ediblər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Gürcüstan   Təlimlər  


Bizi "telegram"da izləyin