"Ölmədiyinə" görə günahlandırılan erməni hərbçi

2017/11/ermeni_34756756_150874816534534534_1510053981.jpg
Oxunub: 447     19:16     07 Noyabr 2017    
Bu ilin mart ayında, Tərtərin işğal altında olan Talış kəndinin düşmən nəzarətində olan ön xətt mövqelərində növbətçilik apararkən mina partlayışı nəticəsində, erməni ordusunun zabiti leytenant Yervand Xaçatryan yaralanıb və sag ayağının bir hissəsini itirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda leytenant, erməni hərbçilərinə dəstək məqsədilə yaradılan "1000 dram" fondundan yararlana bilmir. Əksinə döyüş növbətçiliyi zamanı qaydaları pozduğu ittihamı ilə ona qarşı cinayət işi açılıb.

Vəkil Norayr Norikyana görə, qanuna əsasən leytenanta 53 mln dram verilməlidir. Hazırda, Xaçatryan günahkar olmadığını sübut etmək üçün cinayət işinin yenidən açılmasına səy göstərir.

Qeyd edək ki, Ermənistan ordusu tərkibində bənzər faktlara çox rast gəlirik. Ermənistan müdafiə nazirliyi öz hərbçisinin müalicəsi və ya yaşayış şəriti ilə maraqlanmaq əvəzinə, ona qarşı cinayət işi açır. Maraqlıdır ki, faktiki olaraq qanunsuz narkotik satışı ilə məşğul olan əsgər Artak Evcikyan bağışlanır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Hərbi-xidmət   Yaralı  


Bizi "telegram"da izləyin