Ermənistanda fərariliyə görə 9 milyon dram təklif edilir - DETALLAR

2017/11/696x392_32914143534_1510047030.jpg
Oxunub: 474     17:43     07 Noyabr 2017    
Dünən Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik daimi komissiyasında "Təyin olunmuş qaydaları pozaraq məcburi hərbi xidmət keçməyən vətəndaşlar haqqında" qanuna dəyişiklik edilməsi barədə müzakirələr aparılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bəzi deputatlar məcburi xidmət keçməyən və hazırda xaricdə olan, 27 yaşı tamam olmuş gənclərə ödəniş etməklə nəzərdə tutulan cəzadan azad edilmə fürsətinin verilməsini təklif edib.

Qanunda nəzərdə tutulmuş əvvəlki qaydalardan fərqli olaraq, bu dəfə hər çağrışa görə, daha çox, 500 min dram ödənilməsi tələb edilib.

Əlavə olaraq, məcburi hərbi xidmət keçməyən vətəndaşlara təklifin sonuncu fürsət olacağını, bundan sonra qanun müddətinin uzadılmayacağına dair nizamlama aparılacağını qeyd ediblər. Bu məsələ isə, Ermənistan müdafiə nazirliyi tərəfindən irəli sürülüb.

Qeyd edək ki, daha öncə, bütün çağırışlardan yayınan şəxslər 1 mln 800 min dram ödəyirdisə, indi 9 mln dram ödəməli olacaqlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Hərbi-xidmət   Fərarilik  


Bizi "telegram"da izləyin