Bəşər Əsəd Oktyabr inqilabını dəstəklədi

2017/11/_92461270__92459478_035732803-1546456_1509970809.jpg
Oxunub: 445     20:15     06 Noyabr 2017    
Suriya prezidenti, Ərəb Sosialist İntibahı Partiyasının lideri Bəşər Əsəd hesab edir ki, 1917-ci ildə Rusiyada baş verən Oktyabr inqilabı müxtəlif ölkələrdə xeyli sayda insanı sosial ədalət uğrunda mübarizə aparmaq üçün ruhlandırır.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Əsədin bu gün gün Moskvada sol qüvvələr tərəfindən keçirilən “Oktyabr 1917 – sosializmə gedən yol” adlı beynəlxalq forumda iştirak edən Suriya nümayəndələri tərəfindən oxunan teleqramında deyilir.

“Bu gün bütün dünya böyük Oktyabrın 100 illiyini qeyd edərək öz ikişafında müxtəlif problemlərlə qarşılaşır, dünyanın bütün ölkələrində müxtəlif təşkilatlar sizin uğurlarınızı daha yaxşı gələcəyin qurulması məqsədinə nail olmaq, müxtəlif ölkələrin qarşılaşdığı çağırışlarla mübarizə aparmaq nümunəsi bizi ruhlandırır”, - deyə teleqramda qeyd olunur.

Əsədin fikrinə görə, Oktyabr inqilabı bərabərlik, sülh və sosial ədalət prinsiplərinə əsaslanan dövlətçiliyin yaradılmasını mümkün etdi.

“Və Rusiya nümunəsi yalnız öz miqyası və əhəmiyyəti ilə fərqlənmir, həm də ölkənin öz quruluşu uğrunda getdiyi qurbanlarına görə diqqətəlayiqdir”, - deyə Suriya liderinin teleqramında vurğulanır.

“Bizim mübarizəmiz ədalətlidir, bizim işimiz ədalətlidir və biz qalib gələcəyik”, - deyə Əsəd fikirlərinə yekun vurub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əsəd   Oktyabr-inqilabı  


Bizi "telegram"da izləyin