Qarabağda yaralanan erməni əsgərin vəziyyəti ağırdır

2017/11/ermenistan-herbcileri-partlayisa-dusub-8198456_1509968725.jpg
Oxunub: 461     19:46     06 Noyabr 2017    
İşğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrin birinin silah anbarında tank əleyhinə qumbaranın partlaması nəticəsində yaralanan erməni əsgər Sergey Alumyanın vəziyyəti ağır olaraq qalır. Yaralı erməni əsgər Xankəndi hərbi hospitalından İrəvana təxliyyə edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan bildirib. Partlayış zamanı xəsarət alan digər hərbi qulluqçu, anbar rəisi Qevorq Hyusnunts haqqında məlumatı isə dəqiqləşdirmək mümkün olmayıb. O, Xankəndində yerləşən hərbi hospitalda müalicəsini davam etdirir.

Məlumata görə, 2017-ci il noyabrın 4-də işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrin birninin anbarında tank əleyhinə qumbara partlayışı nəticəsində, 1997-ci il təvəllüdlü Xaçatur Manqasaryan ölüb, Qevorq Hyusnunts və Sergey Alumyan isə müxtəlif dərəcəli qəlpə yaraları alıblar.

Daha sonra araşdırmalar zamanı məlum olub ki, partlayış erməni ordusunun anbarında təsərrüfat işləri apararkən partlayış baş verib. Yaralılardan anbar rəisi Qevorq Hyusnunts müqaviləli hərbi qulluqçudur.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Qarabağ   Təxribat   Partlayış  


Bizi "telegram"da izləyin