Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni konüllü döyüşçülər ittifaqının üzvü, "Aparan" dəstəsinin komandiri olmuş Razmik Petrosyan Ermənistan müdafiə naziri Viqen Sarkisyanın akademik təhsil möhlət hüququnu ləğv etməklə bütün 18 yaşı tamam olan gənclərin orduya çağırılması ilə sosial ədalətin təmin ediləcəyinə dair bəyanatını gülünc hesab edir.
O, ictimai ədaləti bərpa etməyi vəzifələr tutan, çoxsaylı medal və mükafatlar alan hakimiyyət mənsublarınından başlamağı təklif edib: "Sosial bərabərlik haqqında bəyanatlar gülüncdür. Sosial ədaləti hərbi xidmət keçməyən, müharibə iştirakçısı olmayan bir müdafiə naziri təmin edəcək, özləri özlərinə qarşı mübarizəyə başlayıblar".
"Möhlət hüququ kimə təsir edir, bu az sayda gənclərə şamil oluna bilər. Bu möhlət hüququ əsasən vəzifələrdə olanlara və çox halda qanuna zidd şəkildə xidmət etməyənlərə aiddir. Qulluq etməyənlər məhz özləri olduğu halda bu qanunları kim üçün qəbul edirlər. Əgər bu qanunla onlar kimiləridə xidmət edərsə bu alqışlanacaq addımdır.
Ancaq hər kəs çox gözəl bilir ki, məmurların, imtiyazlıların, oliqarxların balaları qanunla qadağan edilsə də, edilməsə də, onsuzda qulluq etməyəcəklər. Onlar özlərinə məlum aradan çıxma üsulları ilə yenə də xidmət etməyəcəklər.
Onların orduya çağırılmasına görə, keçmiş döyüşçü narahatdır. O, silahlı güzəştlilərin davranışları ilə faciələrə səbəb ola biləcəyini və şəxsi heyət arasında qeyri-sağlam mühitin dərinləşməsinə səbəb ola biləcəyindən narahat olduğunu bildirdi. Səmimi desək, güzəştli kateqoriyanın övladları orduda peyda olmasalar daha yaxşı olardı, onlar erməni əsgərləri üçün təhlükəlidirlər. Onlar hərbi hissələrdə də güzəştli olaraq qalacaq və bu artıq problem yaradacaq. Onlar qorxaqdır, normal əsgərlər isə cəsurdur, belələri şəxsi heyət arasında qarşılıqlı münasibət qaydalarının pozulmasına, mübahisələrə səbəb olmaqla bədbəxt hadisələrə gətirib çıxara bilər" - deyə Razmik Petrosyan narahatlığını ifadə edib.
Alpər Mövludoğlu
Ordu.az