İraq ordusu “Əl-Qaim 2” əməliyyatına başladı

2017/11/xw_144465934534_1509700124.jpg
Oxunub: 491     17:19     03 Noyabr 2017    
Bu gün İraq hökumət qüvvələri və onların müttəfiqləri Suriya ilə sərhəddə yerləşən və İŞİD terror qruplaşmasının istehkam olaraq istifadə etdiyi Əl-Qaim şəhərinin azad edilməsi üçün əməliyyatın ikinci mərhələsinə başlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” televiziyası məlumat yayıb.

Telekanalın məlumatına görə, ordu və müttəfiq qüvvələr İŞİD-in ilk müdafiə xəttini, “Əl-Hüseyba – Qarabilə xəttində yarmağa müvəffəq olublar. İndi isə, şəhərə hər tərəfdən yaxınlaşaraq yüksəkliklərə nəzarəti də ələ keçiriblər. Qüvvələrin ön hücum hissəsi şəhər mərkəzindən 2 kilometr məsafədədir.

Qeyd edək ki, Suriya ilə sərhəddə yerləşən Əl-Qaim və Rəva şəhərlərinə hücum əməliyyatı oktyabrın 25-də başlayıb. Əməliyyatlarda ümumi sayı 40 min nəfər olmaqla, İraq hərbi xidmətçiləri və “Haşd əl-Şaabi” qruplaşmasının üzvləri iştirak edirlər.

Məlumata görə, dünən sözügedən qüvvələr ərazinin 85 faizinə nəzarəti ələ keçiriblər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD  


Bizi "telegram"da izləyin