ABŞ 2017-ci ildə hərbi kəşfiyyata 18,4 milyard pul xərcləyib

2017/11/865811345345_1509691143.jpg
Oxunub: 431     14:38     03 Noyabr 2017    
Ordu.az TASS agentliyinə istinadən xəbər verir ki, ABŞ 30 sentyabrda tamamlanan maliyyə ilində hərbi kəşfiyyata 18,4 milyard pul xərcləyib.

Dünən ictimailəşdirilən qısa bəyanatda, hərbi kəşfiyyat proqramına, o cümlədən xarici əməliyyatlara büdcədən ayrılan vəsaitin 18,4 milyard dollar təşkil etdiyi bildirilir.

Xatırladaq ki, cari ilin iyun ayında, Pentaqon 2018-ci maliyyə ili üçün ABŞ Konqresindən 20,7 milyard dollar istədiyini elan edib. Bu vəsaitə həmçinin Konqresdə müzakirə edilən müdafiə xərcləri də aiddir.
Ağ Ev Konqresdən silahların alınması, hərbçilərin maaşları və ordunun döyüş hazırlığının təmini üçün Müdafiə Nazirliyinə 668 milyard dollar ayrılmasını xahiş edib. Daha 60 milyard dollar isə, ölkə xaricində, xüsusən Suriya, İraq və Əfqanıstanda keçirilən əməliyyatlar üçün nəzərdə tutulub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Konqres   Hərbi-kəşfiyyat  


Bizi "telegram"da izləyin