Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Londonda yerləşən “Suriyada insan hüquqlarının qorunması monitorinqi mərkəzi” Suriya Ərəb Respublikasının quru qoşunlarının öz müttəfiqləri ilə birgə Dəməşqdən 420 kilometr məsafədə yerləşən Deyr əz-Zor şəhərində nəzarəti bütünlüklə ələ keçirməsi barədə məlumat yayıb.
Suriya nəşri “Muraselon” iddia edir ki, hazırda Suriya ordusu Deyr əz-Zor şəhərinin yalnız 90 faiz ərazisinə nəzarət edir. Lakin, rəsmi Dəməşq bu məlumatların heç birini təsdiqləməyib.
Nəşrin məlumatına görə, şəhərin şimal hissəsində son 4 küçə hələ də terrorçuların nəzarətindədir. Eyni zamanda, hər iki mənbə Deyr əz-Zor şəhərinin ən iri məhəlləsinin – Həmidiyənin İŞİD-dən azad edildiyini bildirir.
Ağalar Qəribov
Ordu.az