Ordu.az in24.org saytına istinadən xəbər verir ki, bu barədə “Lockheed Martin” şirkəti və Pentaqondan tərəfindən yayılan məlumatda bildirilib.
“Texniki hüdudları aşan” korroziya Hərbi Hava Qüvvələrinin Yuta ştatında yerləşən “Hill” bazasında F-35-lərə texniki xidmət göstərilərkən aşkarlanıb.
İstehsal edilən F-35 təyyarələrində bərkidilmə ilə bağlı yaranmış problemlər yararlılıq müddətinə təsir etmədiyi və təhlükəsizlik problemi olmadığı təstiq edilib. Hazırda, F-35-in istehsalçısı olan “Lockheed Martin” şirkəti amerikan hərbçiləri və onların müttəfiqəri tərəfindən geri qaytarılan 250 təyyarədə korroziya probleminin miqyasını təhlil edirlər.
Məlumata görə, istehsal prosesi dayandırılmayıb, 30 gün sonra çatdırılmalar davam etdiriləcək. Baş verən korroziyanın 2017-ci ildə Pentaqona 66 təyyarənin təhvil verilməsinə maneə yaratmayacağı bildirilir.
Ağalar Qəribov
Ordu.az