Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov qeyd edib. O, kolalisiyanın xüsusi əməliyyat qüvvələrinin komandanı Ceyms Cerrardın bir neçə gün öncə Suriyanın şərq hissəsində baş verən hadisələrlə bağlı xəyal qurmaq bacarığına görə, bütün həmkarlarını qabaqladığını bildirib. Amerikalı hərbçinin bəyanatını Rusiya Federasiyasının Müdafiə Nazirliyində “coğrafi cəfəngiyat” adlandırıblar.
“Koalisiyanın xüsusi əməliyyat qüvvələrinin komandanından, guya ki, terrorçulardan azad edilən Deyr əz-Zordan Məyadin istiqamətinə doğru qaçan minlərlə ərəb barədə coğrafi cəfəngiyat eşitmək yetərincə qəribə görünür. Lakin bununla belə insanların cənuba deyil, şimala doğru getməsini bildirmək daha qəribədir”, - deyə Konaşenkov bildirib.
O, həmçinin əlavə edib ki, şimal istiqamətində - Rəqqaya doğru qaçmaq istəyən suriyalı yoxdur, çünki “ABŞ aviasiyasının xidmətləri sayəsində” orada heç nə qalmayıb.
Ağalar Qəribov
Ordu.az