Britaniyanın müdafiə naziri vəzifəsindən gedir

2017/11/1509593263_2546456_1509604255.jpg
Oxunub: 438     14:29     02 Noyabr 2017    
Ordu.az “Reuters” xəbər agentliyinə istinadən xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon vəzifədən getməsi barədə ərizə verib.

Fellonun vəzifədən getməsi barədə xəbəri ilk öncə “BBC”-nin siyasət bölməsinin redaktoru Lora Kyunssberq “Twitter” səhifəsində yerləşdirib.

“Maykl Fellon keçmişdəki davranışları ilə, ümidləri doğrultmadığını etiraf edərək müdafiə naziri vəzifəsindən istefa verib”, - deyə Kyunssberq yazıb.

Jurnalist Culiya Hartli-Bryuer açıqlamasında, 15 il öncə Mühafizəkarlar partiyasının iclası zamanı, bir kişinin dəfələrlə onun dizlərinə toxunmaq istədiyini bildirib. Nəticədə, jurnalistin həmin şəxsə hədə-qorxu gəlməsi ilə vəziyyət sakitləşib. “The Sun” qəzetinin məlumatına görə, həmin şəxs müdafiə naziri Fellon olub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fellon   Britaniya  


Bizi "telegram"da izləyin