Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Hindistan hökuməti Hərbi Dəniz Qüvvələri üçün 3,3 milyard dollar qiymətinə 111 çoxməqsədli helikopterin alınması planını təsdiq edib.
Hindistanın Hərbi Hava Qüvvələri tərəfindən hələ avqust ayında yardımçı əməliyyatlar – axtarış-xilasetmə, humanitar, müşahidə, dəniz quldurlarına qarşı əməliyyatlar və gəmilərin silah sistemlərinin tuşlayıcısı qismində əməliyyatlarda istifadə edilməsi mümkün olan 111 çoxməqsədli helikopterin alınması barədə məlumat müsbət qarşılanıb.
Bu layihə, Hindistanın Hərbi Hava Qüvvələrinin heyətində Fransa dizaynı olan “Chetak” helikopterlərinin yeni helikopterlərlə əvəz edilməsinə yönəlib.
Qeyd edək ki, plana əsasən 111 helikopterdən 16-sı xarici ölkə istehsalçı-şirkətlərindən alınacaq, 95-i isə Hind şirkəti ilə əməkdaşlıq şəraitində hazırlanacaq. İlk 16 helikopter müqavilənin bağlandığı andan 5 il ərzində, planın digər qismi isə 13 il ərzində yerinə yetiriləcək.
Ağalar Qəribov
Ordu.az