Ordu.az “Komsomolskaya pravda” qəzetinə istinadən xəbər verir ki, bu barədə istehkamçı bölüyün komandiri Məhəmməd bildirib.
Terrorçular bu ərazilər 3 ildən çox müddətdə nəzarətdə saxlayırdılar, indi isə yerli sakinlər və hərbi xidmətçilər ərazidə təmizlik işləri aparırlar. Terrorçuar burada xeyli partlayıcı – mina, balon fuqaslar, tələ yerləşdiriblər. “Zvezda” telekanalı bildirir ki, təhlükəli tapıntıları ehtiyatla çökəklərə yerləşdirir və üzərinə partlayışı maddə yerləşdirirlər.
İstehkamçıların aşkar etdiyi partlayıcıların əksəriyyəti italyan minalardır. “Bu, italyan minalarıdır. Partladıcı maddə qismində C-4-dən istifədə olunur, bu, trotildən dəfələrlə güclüdür. Əgər mina işləsə, insanın ayağını dizdən qoparar”, - deyə Məhəmməd bildirib.
Suriya hərbçiləri təsərrüfat sahəsinin hər santimetrini yoxlayacaqlar. Minalardan təmizlənmə əməliyyatı zamanı onlar ən müasir avadanlıq və təchizatdan istifadə edirlər.
Ağalar Qəribov
Ordu.az