Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Federasiyasının Aerokosmik Qüvvələri Suriyanın mərkəzi hissələrində hökumət qüvvələrinin terrorçular üzərinə hücuma keçmələri barədə məlumatı təsdiqləyiblər.
Suriyanın hərbi mənbələri, Rusiyanın hərbi aviasiyasının Həmas vilayətinin şimaındal, İdlib vilayətinin cənub-şərqində yerli hökumət qüvvələrinə müqavimət göstərməyə davam edən “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmasının sığınacaqlarına dəqiq raket-bomba zərbələri endirdikləri barədə xəbər veriblər.
Qeyd olunur ki, hazırda bu regionlarda cihadçılarla Suriya ordusu arasında qızğın döyüşlər gedir. Rusiya Aerokosmik Qüvvələri terrorçulara ciddi müqavimət göstərərək onların müdafiə məntəqələrini məhv edir, səmadan Suriya ordusunu dəstəkləyirlər. Məhv edilən terrorçuların sayı hazırda dəqiqəşdirilir.
Ağalar Qəribov
Ordu.az